Prezident ordudan, baş nazir müxalifətdən seçiləcək

Samir Soltanov/AZADİNFORM. Sudanda hakimiyyəti təhvil alan Hərbi Şurası ilə müxalifət partiyaları arasında saatlarla davam edən danışıqlar zamanı qarşılıqlı güzəştlərlə razılıq əldə edilib. 

Azadinform xəbər verir ki, Şura üzvü, general-leytenant Yasir əl-Ata görüşdən sonra verdiyi açıqlamada baş nazirin müxalifət partiyalarından, ölkə prezidentinin isə ordudan seçiləcəyini açıqlayıb. O bildirib ki, azadlıq, ədalət və demokratiya əsasında sivil bir dövlət qurmaq istəyirik.  

Hərbi Şuranın sözçüsü Şəmsəddin Kebbaşi isə iclasdan sonra verdiyi açıqlamada milli kəşfiyyat və təhlükəsizlik xidmətlərinin yenidən qurulacağını vurğulayıb: “Ömər əl-Bəşirin partiyası olan “Milli Konqres Partiyası” keçid prosesi müzakirələrinə qatılmayacaq”. 

S. Kebbaşi həmçinin vurğulayıb ki, bundan sonra korrupsiyaya qarşı tədbirlər qəti şəkildə gücləndiriləcək və konstitusiya qanunları ilə bağlı islahatlar aparılacaq: “Yaxın vaxtlarda xalqa çörək, un, yağ və qaz yardımı ediləcək”. 

Qeyd edək ki, Sudanda Ömər əl-Bəşirin təxminən 30 illik hakimiyyətini sona çatdıran etirazların əsas səbəblərindən biri də bahalaşma olub. 

15.04.2019 13:35 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo