İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb

AZADİNFORM. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb.

Azadinform-un məlumatına görə, rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq. 

İnternet-saytın ana səhifəsində “Haqqımızda”; “Struktur”; “Qəbul”; “İnstitut həyatı”; “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb.

“Haqqımızda” bölməsində  “Aİİ-nin tarixi”; “Nizamnaməsi”; “Nə üçün Aİİ?”; “Loqo”; “Kataloq”; “Akademk heyət”; “Əlaqə” və “Qalereya” başlıqları altında İnstitutun ictimai həyatı əks etdirilib.

Saytın “Struktur” bölməsində “Rektorluq”; “Elmi Şura”; “İlahiyyat fakültəsi”; “Kafedralar”; “Tədris-Metodiki Şura”; “Tədris şöbəsi”; “Magistratura və doktorantura şöbəsi”; “Həmkarlar İttifaqı Komitəsi”; “Beynəlxalq əlaqələr şöbəsi”; “Tələbə Elmi Cəmiyyəti”; “Tələbə Gənclər Təşkilatı”; “Kitabxana İnformasiya Mərkəzi”; “Ümumi şöbə”; “Hüquqşünas”; “Mətbuat şöbəsi”; “Kadrlar şöbəsi” və “Mühasibatlıq” başlıqlı yazılarda əməkdaşlar və onların fəaliyyət istiqamətləri haqqında məlumatlar  yer alıb.

“Bakalavr”; “Magistratura”; “Doktorantura”; “Təqaüd proqramlar”ı haqqında ətraflı məlumtalar rəsmi saytın “Qəbul” bölməsində yerləşdirilib.

ait.edu.az saytında “İctimai fəaliyyətlər”, “Tələbə həyatı” və “Kurslar” başlıqlı yazılara  “İnstitut həyatı” bölməsində geniş yer verilib.

Aİİ-nin rəsmi internet səhifəsinin “Beynəlxalq əlaqələr” bölməsində “Tərəfdaş universitetlər”; “Tələbə mübadilə proqramları”; “Səfirliklərlə əməkdaşlıq” başlıqları altında ali təhsil müəssisəsinin xarici fəaliyyəti haqqında məlumatlar işıqlandırılıb.

Saytın “Nəşrlər” bölməsində İnstitutun elmi nəşrləri, qəzet və jurnalları haqqında məlumat verilib.

Sayt yeni funksional bölmələrlə zənginləşdirilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizaynda istifadəyə verilib. Saytın rus və ingilis dillərində də səhifələri mövcuddur.

Qeyd edək ki, hazırda saytda ardıcıl olaraq Aİİ rəhbərliyinin iştirakı ilə keçirilən qəbullar və görüşlər, tədbirlər, seminarlar, “dəyirmi masa”lar və konfranslar haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.

15.04.2019 13:26 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo