Gəmidən 4 ton marixuana müsadirə edildi Ölkə tarixində ən böyük əməliyyat

Samir Soltanov/AZADİNFORM. Türkiyə tarixinin ən genişmiqyaslı narkotik əməliyyatı keçirilib. 

Azadinform xəbər verir ki, polis təxminən 3 ay öncə dəniz yolu ilə külli miqdarda narkotik maddənin gətiriləcəyi ilə bağlı məlumat əldə edib. Bu gün “Pərvinoğulları” adlı Türkiyə bayrağı daşıyan gəmidə əməliyyat-axtarış tədbirləri keçirilib. Məlumata görə Mavritaniya, Seneqal kimi ölkələrdən gəmiyə külli miqdarda narkotik maddə yüklənərək Aralıq dənizi vasitəsilə Türkiyəyə yola salınıb. Əməliyyatlar çərçivəsində gəmidən 5 ton marixuana müsadirə edilib. 

Bundan başqa, İstanbul, İzmir və Tekirdağda eyni vaxtda aparılan əməliyyatlar zamanı 20 nəfər saxlanılıb. Ələ keçirilən narkotik maddənin miqdarı və dəyəri nəzərə alındıqda aparılan əməliyyatın Türkiyə Cümhuriyyəti tarixinin ən böyük narkotik əməliyyatı kimi qiymətləndirilir. 

15.04.2019 12:52 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo