Moskva görüşündə gözlənilməz qərar qəbul oluna bilməz Politoloq

Ləman Hüseynzadə / AZADİNFORM. “Bu görüş digərlərindən fərqli olaraq Vyana görüşündən sonra keçirilir. Ölkə rəhbərləri Vyana görüşündən sonra xarici işlər nazirlərinə tapşırıq veriblər ki, onlar müəyyən gündəliyi dəqiqləşdirsinlər və yeni görüşə təkliflərini hazırlasınlar”.

Bu fikirləri Azadinform-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçiriləcək üçtərəfli görüşə münasibət bildirərkən deyib. 

Politoloqun sözlərinə görə, bu məsələ Moskvada yenidən ciddi şəkildə müzakirə olunacaq: “Son məlumata görə, bu görüşə Rusiya XİN rəhbəri Sergey Lavrovla yanaşı, həmsədrlər də qatılacaq. Burda hansısa gözlənilməyən bir qərar qəbul oluna bilməz. Çünki erməni tərəfi özünü artıq dərəcədə qeyri-konstruktiv aparır. Hesab edirəm ki, onların rəsmilərinin müxtəlif sərsəm bəyanatlarından sonra hər hansı konstruktiv mövqe və yanaşma gözləmək düzgün olmaz. Amma proses davam edir və bu məsələlər ətrafında müzakirələr gedəcək. Bu prosesin içində Azərbaycan yenidən öz qəti və prinsipial mövqeyini erməni tərəfinə bildirəcək”.

Qeyd edək ki, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ konflikti ilə bağlı üçtərəfli görüşü keçiriləcək.

15.04.2019 12:40 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo