BSU tələbələri Cocuq Mərcanlıda

AZADİNFORM. Bu gün Bakı Slavyan Universitetinin (BSU) IV kursunda təhsil alan bir qrup tələbəsi Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində könüllü olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanıb.

Universitetdən Azadinform-a verilən məlumata görə, tələbələri BSU-nun Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov, təcrübə rəhbəri kimi Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə müşayiət ediblər.

Cocuq Mərcanlıya yola düşən tələbələr - Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, SABAH qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə təşkil etdiyinə görə BSU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Gənc müəllimlər Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməyi qürurverici hal kimi dəyərləndirərək Vətənimizin gələcəyi naminə çalışmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu deyiblər. Tələbələr bildiriblər ki, pedaqoji təcrübə Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsinə təsadüf etdiyi üçün Cocuq Mərcanlı kənd orta məktəbində vətənpərvərlik mövzusunda bir sıra tədbirlər, şeir müsabiqələri keçirəcəklər.

15.04.2019 12:30 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo