Azot gübrəsinin güzəştli şərtlərlə satışı davam edir

AZADİNFORM. Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Bu barədə Azadinforma-a “Aqrolizinq”dən məlumat verilib.

Məlumatda bildirilir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar, Xızı, Samux, Qax, Zaqatala, Balakən, Masallı rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 13-də Lerikin rayonun Noda kəndində baş tutub. Səyyar satış zamanı 20 kənddən 40-a yaxın vətəndaşa ümumilikdə 28,95 ton mineral gübrə, 22,3 ton azot, 6,65 ton nitroammafoska gübrəsi satılıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

15.04.2019 12:22 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo