NZS-də yaranmış su problemi nə zaman aradan qaldırılacaq?

Aygün Nəbiyeva / AZADİNFORM. Xətai rayonu, NZS qəsəbəsində suyun istifadəsində məhdudiyyət yaranıb. Sakinlərin verdiyi məlumata görə, problemə səbəb hansısa ərazidə su borularında baş verən qəzadır.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum rəsmisi Azadinform-a bildirdi ki, NZS qəsəbəsinin bir hissəsinin su xəttində nasazlıq yaranıb, xətt təmir olunmalıdır: “Problemlə bağlı görülən işlər bu gün yekunlaşdırılacaq. NZS qəsəbəsində, daha dəqiq, Babək prospektinin aşağı hissələrində, “Gəncə” mərasim evi tərəfdə qəza var. Bu gün həmin qəza aradan qaldırılacaq və sakinlərə suyun verilişi bərpa ediləcək”.

15.04.2019 12:00 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo