Türkiyənin haqlı mövqeyi fransızları əsəbiləşdirib

Samir Soltanov/AZADİNFORM. Antalyada baş tutan NATO Parlament Assambleyasının 99-cu “Rose-Roth” seminarında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə fransalı parlamentar Sonia Krimi arasında yaşanan sözdə erməni soyqrımı gərginliyi zamanı salonu tərk edən digər parlamentar Joel Qarrio-Maylam Türkiyənin haqlı mövqeyinə sərt sözlər işlədib. 

Azadinform xəbər verir ki, parlamentar “Twitter” hesabından “Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və xarici işlər naziri Mövlud Çavuşoğlunun NATO PA açılışında diplomatik olmayan ifadələrlə Fransanı təhqir etməsi çox pisdir” – deyə yazıb.

Digər fransalı parlamentar Filipp Folliot da baş verən gərginliyə münasibət bildirib. O qeyd edib: “M. Şentopun həmkarım Krimi ilə bağlı sərt açıqlamalarına sarsıldım”.

15.04.2019 11:50 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo