Moskva görüşündə Ermənistanı Mnatsakanyanın müqəvvası təmsil edəcək

AZADİNFORM. “Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü aprelin əvvəllərində keçirilməli idi. Elmar Məmmədyarov MDB-yə üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində Moskvada idi. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü, “lap yaxınlarda” üçtərəfli görüşün baş tutacağını bəyan etdi. “Lap yaxınlarda” termini görüşün bu gün və ya sabah keçiriləcəyi anlamında idi. Ermənistanın xarici işlər naziri MDB iclasında da iştirak etmədi. Efiopiya və Ruandada oldu”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. 

O, bildirib ki, “erməni soyqırımı” mövzusu Ermənistan üçün əhəmiyyət kəsb etmir: “Nikol Paşinyan AŞPA-dakı çıxışında bircə kəlmə də olsun, “erməni soyqırımı” barədə danışmadı. Zöhrab Mnatsakanyanın Efiopiya və Ruandaya səfərinə E.Məmmədyarovla görüşdən yayınmaq bəhanəsi kimi yanaşmaq daha düzgündür. Mnatsakanyanın görüşdən yayınmasının 2 səbəbi var. Əvvəla, Mnatsakanyan başa düşür ki, Dağlıq Qarabağ tənzimlənməsində vəziyyət Ermənistanın xeyrinə deyil və olmayıb. Mnatsakanyanın martın 9-da ATƏT-in MQ həmsədrlərinin bəyanatına münasibəti bunu açıq-aşkar nümayiş etdirdi. Jurnalistlərin sualına kəskinliklə cavab verdi: “Üzr istəyirəm. Bəyəm bunu ilk dəfədirmi bilirsiniz?! Daha peşəkar yanaşmanız olsun. Onlar (həmsədrlər) sizin çoxdan bildiyinizi təkrarladılar”. Mnatsakanyan bilir ki, Dağlıq Qarabağın müstəqil olması və yaxud Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı deyilənlərin hamısı boş fikirlərdir. Ortada olan variant ətraf rayonların dərhal, Dağlıq Qarabağın özünün isə tədricən Azərbaycana qayıtması paradiqması üzərində qurulub. Mnatsakanyan adını erməni tarixinə qara salmaq istəmir”. 

Politoloq əlavə edib ki, Paşinyan özünə vurğundur: “Onunla ancaq yaxşı məlumatlar barəsində danışmaq olar. Çünki Paşinyanın dövründə pis şeylər ola bilməz. Paşinyanın siyasətdə siyasi davranışı da inəyin xokkey oynaması ilə müqayisə oluna bilər. Buna görə Mnatsakanyan Paşinyanla normal şəkildə heç bir məsələni müzakirə etmir. Bu vaxta qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı bütün vacibi məsələləri Paşinyana ya Anjey Kaspşik və yaxud Rusiya tərəfi çatdırıb. Moskva görüşündə əldə olunan razılaşmaları Mnatsakanyan Paşinyana çatdıra bilməyəcək. Ermənistan o görüşdə təmsil olunmalıdır deyə, Mnatsakanyan müqəvva kimi oturacaq. Bəzi məsələləri də yəqin ki, rusiyalı həmsədr İqor Popov yaxud S.Lavrov Paşinyanla elə görüşün gedişində dəqiqləşdirəcəklər”.

15.04.2019 11:25 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo