Güclü qasırğa fəlakət gətirdi: ölənlər var

Aygün Nəbiyeva / AZADİNFORM. ABŞ-ın cənub əyalətlərində baş verən güclü qasırğa və daşqınlar ən azı 8 adamın həyatına son qoyub.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Texas, Mississippi, Louisiana, Arkansas və Georgia əyalətlərində şiddətli qasırğa və yağışlar 3-ü uşaq olmaqla, 8 nəfərin ölümünə, onlarla insanın isə yaralanması ilə nəticələnib.

Belə ki, güclü qasırğa ağacları maşınların və evlərin üstünə aşıraraq faciəyə səbəb olub. Həmçinin insanlar güclü yağışlardan sonra yaranan sellərdə boğularaq həyatlarını itiriblər.

Qeyd edək ki, qasırğalar səbəbi ilə xüsusən Texasın bəzi bölgələrində ev və iş yerlərinin sıradan çıxaraq yararsız vəziyyətə düşdüyü bildirilir.

15.04.2019 10:55 / Baxılıb: 198 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.04.2019
23.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo