DİM-də işləmək istəyirsiniz? Vakant yerlər var

Adəm Abbaslı/AZADİNFORM. Dövlət İmtahan Mərkəzində Dövlət qulluğu məsələləri şöbəsi, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda məsləhətçi və aparıcı məsləhətçi vəzifələri, Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektorunda isə aparıcı məsləhətçi vəzifələri vakantdır.

Bu haqda məlumat Azadinform-a DİM-dən verilib. Bildirilir ki, Mərkəzdə çalışmaq arzusunda olan namizədlər 2019-cu il aprelin 28-dək müraciət formasını a.quliyeva@dim.gov.az  ünvanına göndərə bilərlər. Mövzu bölməsində iddia olunan vəzifə və struktur bölmənin göstərilməsi tövsiyə olunur.

Xatırladaq ki, hər bir vəzifə üzrə əmək haqqı, qulluq funksiyaları, vəzifənin tutulma şərtləri, müsahibə proqramı, müsahibəyə hazırlaşmaq üçün ədəbiyyat siyahısı DİM-in saytının “Mərkəz”>“Vakansiyalar” bölməsində yerləşdirilib.

Qeyd edək ki, dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata, həmçinin xarici dil bilikləri üzrə sertifikata malik olan şəxslərə üstünlük veriləcək və müsahibəyə dəvət olunacaqlar.

15.04.2019 10:00 / Baxılıb: 491 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo