Jurnalistlərin binası qarşısında 300 meyvə və şam ağacı əkilib

AZADİNFORM. "Bu yaz özün bir təbiət yarat" şüarı ilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya bu gün jurnalistlər üçün inşa edilmiş binanın qarşısında təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, aksiyada ETSN-in tinglik sahələrində yetişdirilən müxtəlif cinsli 300 meyvə və şam ağacı əkilib.

Jurnalistlərlə birgə ağacəkmədə nazirliyin əməkdaşları da iştirak edib.

14.04.2019 14:23 / Baxılıb: 611 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.04.2019
23.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo