Kür çayında okean canlısı peyda olub - Uqor balığı

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı tutulub.

Azadinform Azərtac-a istinadən xəbər ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.

Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki nadir hallarda, yəni, 30-40 ildən bir Kür çayında ilanbalığına oxşar belə balığa rast gəlinir.

2008-ci ildə adı “Qırmızı kitab”a düşən Uqor balığı yenidən çaya buraxılıb.

Qeyd edək ki, 2 kiloqramdan 2 kiloqrama qədər çəkisi olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklərin, xüsusilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.

11.04.2019 09:20 / Baxılıb: 815 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo