Professor Sərxan Abdullayevin 70 illik yubileyi qeyd olunub

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Sərxan Abdullayevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

ADU-dan “Azadinform”a verilən məlumata görə, mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov yubilyarın 70 yaşının olmasına  baxmayaraq onun zahirən gənc, müasir, enerjili insan kimi tanıdığını bildirib və elmlə yaşayan, ziyalı insanın heç vaxt qocalmadığına diqqət çəkib. ADU-nun rektoru yubilyarı dilçi alim və filosof kimi xarakterizə edib: “Müəllim təkcə danışmaq yox, izah etmək, başa salmaq qabiliyyətinə malik olmalıdır. Məhz Sərxan Abdullayev belə bir müəllim kimi tanınır. Sərxan müəllim üçün bir sahə var. O da elmdir. O, Azərbaycan elmini inkişaf etdirərək, zirvələrə qaldırıb. O elmdə yeni addım atanlar üçün bir örnəkdir. Sözü itidir, fikri cəlddir və mövqeyi düzgündür”.
ADU-nun Psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədov məruzəsində yubilyarın elmi yaradıcılığında psixoloji məqamlardan bəhs edərək onun əsərlərinin hələ gənc yaşlarında Qafqazda, Rusiyada, Almaniyada və Türkiyədə geniş yayıldığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev isə ADU-da elmə və şəxsiyyətə yüksək qiymət verildiyindən söz açıb. T.Hacıyev ali təhsil ocağının dilçilik sahəsində qiymətli alimlər yetişdirdiyini və S.Abdullayevin də belə alimlərdən olduğunu qeyd edib.
Konsert proqramı ilə başa çatan yubiley mərasimində S.Abdullayevin ömür yolundan bəhs edən slayd da nümayiş olunub.

11.04.2012 17:13 / Baxılıb: 871 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo