"CNN türk" barədə araşdırma başladıldı

CNN şirkəti "CNN türk" haqqında araşdırma başladıb.

Azadinform xəbər verir ki, bu barədə məlumatı CHP-nin ABŞ nümayəndəsi Yurter Özcan Tvitter hesabında qeyd edib. O bildirib ki, CNN rəhbərliyindən gələn meyldə "CNN türk"də HDP-çi Sezai Təməlli ilə bağlı yayımlanan xəbərə görə araşdırma başladıldığı və məsələ ilə bağlı rəsmi açıqlama olacağı bildirilib.

Yurter Özcan həmçinin onu da qeyd edib ki, “CNN türk” yenidən yalan məlumat yayıb və bunun üçün ikinci dəfə şirkətə məktub göndərərək, Türkiyədəki bürosu haqqında tədbir görülməsini istəyib:

"Bu araşdırma davam edərkən sizə yeni bir məktub da yazdım. 2 gün əvvəl AKP-yə yaxın "Sabah" qəzetinin xəbərini yayımlayan "CNN türk" siyahı yayımlayaraq bəzi CHP, İYİ və Səadət Partiyasının namizədlərinin PKK terror təşkilatı ilə əlaqəli olduğunu iddia etdi”.

Qeyd edək ki, Özcan daha əvvəl "CNN türk"ün HDP-çi Sezai Təməllinin işlətmədiyi sözləri onun adından dərc etdiyi üçün CNN şirkətinə məktub göndərmişdi.

26.03.2019 20:26 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo