MDB Sərhəd Qoşunları komandanları Daşkənddə toplaşacaq

Adəm Abbaslı/AZADİNFORM. Martın 28-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası keçiriləcək.

Azadinform xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistanın sərhəd qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Görüşdə Mərkəzi Asiya regionunda MDB-nin xarici sərhədlərindəki vəziyyət, 2021-2025-ci illərdə Birliyin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlıq proqramının layihəsi müzakirə olunacaq. Həmçinin 2020-ci ildə Şuranın iş planının layihəsi, birgə xüsusi sərhəd əməliyyatlarının hazırlanması və keçirilməsi planı və digər məsələlər də diqqət mərkəzində olacaq.

İclasda, həmçinin müvafiq sahədə birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, bir sıra təşkilati və kadr məsələlərinə də baxılacaq.

26.03.2019 15:50 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo