FHN Diqlası sökür Səbəb?

Adəm Abbaslı/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi Bakının Nizami rayonunda baş verən güclü yanğınla bağlı yeni açıqlama yayılıb.

FHN-dən Azadinform-a verilən məlumata görə, ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Bildirilir ki, baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

26.03.2019 14:50 / Baxılıb: 982 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo