Ronaldu Serbiyaya qarşı oyunda zədələnib

Adəm Abbaslı/AZADİNFORM. Futbol üzrə Portuqaliya yığmasının hücumçusu və kapitanı Kriştianu Ronaldu Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda zədələnib.

Azadinform "TASS"ın yaydığı məlumata istinadən xəbər verir ki, K.Ronaldu ilk hissənin ortasında zədələnib və 29-cu dəqiqədə Pitsi ilə əvəzlənib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb. Oyunda Duşan Tadiç (7-ci dəqiqə, penalti) və Danilu Pereyra (42-ci dəqiqə) fərqləniblər.

26.03.2019 14:40 / Baxılıb: 417 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo