Avro-2020nin seçmə mərhələsində II turun növbəti oyunları Bu gün

Adəm Abbaslı/AZADİNFORM. Martın 26-da futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçiriləcək.

Azadinform xəbər verir ki, turun üçüncü günündə ümumilikdə 8 qarşılaşma keçiriləcək.

"J" qrupunda yer alan dördqat dünya çempionu İtaliya millisi doğma azarkeşlər önündə autsayder Lixtenşteyn seçməsini sınağa çəkəcək. Həmin qrupda Bosniya və Herseqovina yığması Yunanıstanı, Ermənistan isə Finlandiyanı qəbul edəcək.

"F" qrupunda isə İspaniya millisi səfərdə Maltanın qonağı olacaq. Rumıniya Farer Adalarını, Norveç isə İsveçi qəbul edəcək.

"D" qrupunda İrlandiya evdə Gürcüstanı sınağa çəkəcək. Günün maraqla gözlənilən matçı isə İsveçrə ilə Danimarka arasında oynanılacaq.

26.03.2019 14:30 / Baxılıb: 440 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo