İki şəhərin boşaldılmasına göstəriş verilib - İranda

Adəm Abbaslı/AZADİNFORM. İranın şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərinin boşaldılmasına, əhalinin isə 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib.

Azadinform bu ölkənin mətbuat orqanlarında yayılan məlumatlara istinadən xəbər verir ki, bunu İranın Gülüstan vilayətinin rəhbəri vəzifəsini icra edən Mirməhəmməd Qəravi deyib.

M.Qəravinin sözlərinə görə, qərar gözlənilən təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün verilib.

Qeyd edək ki, İranın bir çox vilayəti son həftə ərzində güclü yağıntılarla üzləşib.

Hazırda Gülüstan vilayətinin su altında qalan Ağqala şəhərindən suları boşaltmaq istiqamətində işlər davam etdirilir.

İranın Gümüşan vilayətinin eyniadlı şəhərinin 19 191 nəfər, Siminşəhr şəhərinin isə 17 205 nəfər əhalisi var.

Xatırladaq ki, ötən gün Fars vilayətinin Şiraz şəhərində baş vermiş daşqın nəticəsində 18 nəfər həlak olub, 94 nəfər yaralanıb.

26.03.2019 14:00 / Baxılıb: 244 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo