Qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək

Adəm Abbaslı/AZADİNFORM. Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri sabiq baş nazir, İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq.

B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək.

Qeyd edək ki, statistik məlumatlara əsasən Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb.

26.03.2019 13:50 / Baxılıb: 347 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo