AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Adəm Abbaslı/AZADİNFORM. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji istehsalçıları üçün rəqabətqabiliyyətli (hərrac) sxemin hazırlanmasında və həyata keçirilməsində Azərbaycan Energetika Nazirliyinə dəstək məqsədilə məsləhətçi cəlb etməyi planlaşdırır.

Azadinform bu barədə AYİB-ə istinadən məlumat verir.

Bu planların reallaşdırılmasına 2019-cu ilin mayında başlamaq nəzərdə tutulur.

Hərracların Avropa Yenidənqurma və İnkişaf Bankının texniki əməkdaşlıq fondları tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bakı Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. Bankın iri kreditlər ayırdığı layihələr sırasında Transanadolu boru kəmərinin tikintisinin maliyyələşdirilməsi (500 milyon dollar) və “Şahdəniz 2”-nin işlənməsi (1 milyard dollar) də var.

26.03.2019 13:10 / Baxılıb: 319 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo