Karyeramı bitirdim Konor Makqreqor tvit atıb

Adəm Abbaslı/AZADİNFORM. İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

Azadinform xəbər verir ki, bununla bağlı o “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.

Xatırladaq ki, o, sonuncu döyüşünü ötən ilin oktyabrında rusiyalı idmançı Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.

K.Makqreqor eyni zamanda iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.

26.03.2019 13:00 / Baxılıb: 342 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo