SOCAR Gürcüstandakı terminal vasitəsilə daşımaların həcmini açıqlayıb

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci il mayın 16-dan bu günədək Gürcüstanın Kulevi limanında neft terminalı vasitəsilə 20,355 milyon ton neft məhsulu nəql edib.

Bu barədə Azadinform-a SOCAR-dan bildiriblər.

Bundan başqa, həmin müddət ərzində 4 milyon tona yaxın xam neft nəql olunub.

Daha əvvəl şirkətdən bildirmişdilər ki, 2019-cu ildə daşınma həcmlərinin ildə 500 min ton artırılacağı gözlənilir.

Qeyd edək ki, terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviakerosin, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.

Kulevi terminalının ümumi gücü ildə 10 milyon ton yük, o cümlədən 3 milyon ton neft, 3 milyon ton dizel yanacağı, 4 milyon ton mazut təşkil edir.

26.03.2019 12:30 / Baxılıb: 584 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo