Paşinyanın bəhanələrinə birdəfəlik son qoyulacaq

Adəm Abbaslı/AZADİNFORM. “Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-da Avstriyanın paytaxtı Vyanada baş tutacağı gözlənilən görüşü o mənada həlledici olacaq ki, bu görüş Paşinyanın hoqqabazlıqlarına, bəhanələrinə, danışıqlardan yayınmaq cəhdlərinə və Qarabağ məsələsinin həlli məsuliyyətini həm də separatçı “DQR” rejimi ilə bölüşmək cəhdlərinə birdəfəlik son qoyacaq”.

Azadinform xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, ya Paşinyan özünü ciddi siyasətçi kimi aparıb məsələnin həlli üçün real və konkret addımlar atmalıdır, yada ki sülh danışıqlarını davam etdirmək istəmədiyini açıq şəkildə bəyan etməlidir: “O zaman Azərbaycanın münaqişənin hərbi yolla həllinə başlaması üçün bütün diplomatik-siyasi maneələr aradan qalxmış olacaq”.

 

26.03.2019 11:50 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo