Yaz yağışı yox, 20 sm qar yağdı - Qubada

Adəm Abbaslı/AZADİNFORM. Quba rayonunun Qırız kəndinə yağan qarın hündürlüyü 20 santimetrə çatıb.

Azadinform xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Azərtac-a verilən məlumata görə, qar Quba ilə yanaşı, Qusar və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.

Martın 25-dən yağmağa başlayan qarın hündürlüyü Qubanın Xınalıq kəndində 9, Təngəaltında 4, Xızının Altıağac kəndində isə 6 santimetr təşkil edir.

Qar yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb.

26.03.2019 11:20 / Baxılıb: 622 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo