Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib

Adəm Abbaslı/AZADİNFORM. Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.

Azadinform xəbər verir ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

26.03.2019 10:30 / Baxılıb: 619 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo