Diqlasdakı yanğına görə Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb

Adəm Abbaslı/AZADİNFORM. Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Azadinform-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hazırda yolda hərəkət məhdudlaşdırılıb: "Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqada və helikopter cəlb olunub.

26.03.2019 10:20 / Baxılıb: 341 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo