İsrail Qəzza zolağını yenidən bombaladı

İsrail ordusu martın 26-ı səhər saatlarında Qəzza zolağına yenidən raket zərbələri endirib.

Məlumata görə, İsrail Müdafiə Nazirliyi bu əməliyyatın cavab zərbələri olduğunu elan edib.

Nazirliyin məlumatında bildirilir ki, İsrail təyyarələri və vertolyotları HƏMAS terror təşkilatının düşərgələrini və postlarını bombalayıb.

Qeyd edək ki, ötən gün İsraillə Fələstin arasında atəşkəs razılaşması əldə olunduqdan sonra Qəzza zolağından İsrail ərazisinə 30 raket zərbəsi endirilib. (Trend)

26.03.2019 10:10 / Baxılıb: 456 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo