Yanğın ticarət mərkəzini külə döndərdi - Bakıda - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi Bakıda "Diqlas" ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.

Azadinform nazirliyin məlumatına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub: "Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək".

26.03.2019 09:50 / Baxılıb: 748 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.04.2019
21.04.2019
20.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo