Balakəndə 3 otaqlı ev yanıb

Adəm Abbaslı/AZADİNFORM. Balakəndə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, rayonun Qazma kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

26.03.2019 09:40 / Baxılıb: 216 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo