İsrail və HƏMAS atəşkəslə bağlı razılaşdı

Adəm Abbaslı/AZADİNFORM. HƏMAS hərəkatı və İsrail arasında atəşkəsə dair razılıq əldə edilib.

"RİA Novosti"nin yaydığı xəbərə görə, bu barədə hərəkatın rəsmi nümayəndəsi Fauzi Barhum bildirib.

Qeyd edək ki, İsrail bir neçə saat ərzində Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq HƏMAS-ın mövqelərini bombalayıb.

İsrail təyyarələri HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyənin Qəzza zolağının şimal hissəsində yerləşən Rimal rayonundakı ofisini, Daxili İşlər Nazirliyinin beşmərtəbəli binasını və HƏMAS kəşfiyyat xidmətləri tərəfindən gizli istifadə olunan üçmərtəbəli binanı bombalayıblar. Hava zərbələri endirilməyə başlayandan Qəzza zolağından İsrail ərazisinə ən azı 1 raket buraxılıb.

26.03.2019 09:00 / Baxılıb: 456 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo