Qazaxıstan Rusiya oyununda meydana adı protokolda olmayan futbolçu çıxıb

AVRO-2020-nin seçmə mərhələsinin İ qrupunda keçirilən Qazaxıstan – Rusiya oyununda texniki nəticə qeydə alına bilər.

Azadinform-un məlumatına görə, buna səbəb meydan sahiblərinin heyətində adı protokolda olmayan futbolçunun matçda iştirakıdır.

Belə ki, Qazaxıstan yığmasının futbolçusu Yan Vorotovski bu qarşılaşmada meydana çıxıb. Hərçənd onun adı matçın ərizəsində qeyd olunmayıb. O, 30-cu dəqiqədə zədələnən Yuri Loqvinenkonu əvəzləyib.

Həmin anda 0:1 hesabı ilə uduzan Qazaxıstan millisi qarşılaşmadan 0:4 hesablı yenilgi ilə ayrılıb. Bunun UEFA-nın saytının texniki səhvi, yoxsa meydan sahiblərinin xətası olduğu hələ dəqiqləşməyib. Məsələ qitə futbol qurumu tərəfindən araşdırıldıqdan sonra yekun qərar veriləcək.

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyasından verilən açıqlamada futbolçunu oyuna sifariş olunduğu bildirilir. İddia edilir ki, baş verənlər UEFA-nın sistemindəki texniki qüsurla bağlıdır.

25.03.2019 19:13 / Baxılıb: 595 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo