Türkiyə bələdiyyə seçkilərinə hazırdır

Türkiyənin Ali Seçki Komissiyası (ASK) martın 31-də bələdiyyə seçkilərinin keçirilməsinə tam hazır olduğunu açıqlayıb.

Azadinform xəbər verir ki, Komissiyanın sədri Sədi Güvən seçici siyahılarının təsdiqləndiyini, seçki məntəqələrinin səsverməyə hazırlandığını deyib. Komissiya sədri bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən 31 vilayətdə səsvermə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.

25.03.2019 18:17 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo