Bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb

AZADİNFORM. Paytaxtın Sabunçu rayonu ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər rayon polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a bildiriblər ki, əməliyyat zamanı Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar. Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub. Oğurlanan əşyalar M.Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə hər iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

25.03.2019 17:41 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo