Bakıda mənzildən qadın meyiti tapılıb

Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

25.03.2019 17:12 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo