Millimizin start heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb.

Azadinform xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alacaqlar.

Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev olacaq.

Ehtiyat oyunçulara gəlincə, bunlar Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Ömər Buludov, Mahir Mədətov, Emin Mahmudov, Dimitri Nazarov, Əli Babayev, Namik Ələskərov və Mirabdulla Abbasovdur.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

25.03.2019 17:00 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo