Azərbaycanlı iş adamının oğlu həlak oldu - Odessada dəhşətli qəza (Fotolar + Video)

Martın 24-dən 25-nə keçən gecə Ukraynanın Odessa şəhərində dəhşətli avtomobil qəzası baş verib.

Hadisə Odessa Politexnik Universitetinin yaxınlığında baş verib. Şebçenko prospektinə doğru yüksək sürətlə hərəkət edən “BMW X6” markalı avtomobil idarəetməni itirərək əvvəlcə qarşıdakı yolun kənarında dayanmış “Hunday” markalı avtomobilı çırıpılıb, daha sonra isə dirəyə dəyərək iki hissəyə ayrılıb. Güclü zərbə nəticədə avtomobil alışaraq yanıb. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-10000.jpg

Ukraynadakı diaspor fəallarının verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Onlardan biri – 22 yaşlı sürücü Şamil Hacıyev Odessanın məşhur azərbaycanlı iş adamı Qəzənfər Hacıyevin oğludur. Digəri isə onun sərnişini olan – “Motsart” klinikasının sahibi Valeri Kravçenkonun qızı, 33 yaşlı Viktoriya Kravçenkodur. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01-100000.jpg

Həlak olan Şamil Hacıyev boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşıdır. (missiya.az)

25.03.2019 15:33 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo