Yokozuna Hakuho 42-ci dəfə sumo turnirinin qalibi olub

Peşəkar sumo dünyasında məşhur yokozuna və böyük çempion Hakuho (Mönhbatın Davaajarqal) 42-ci dəfə qalib gəlib.

Monqolustan təmsilçisi Osakada keçirilən sonuncu Qrand-sumo turnirində növbəti qələbəsini qazanaraq vahid lider statusunu qoruyub. Həmin turnirdə 34 yaşlı idmançının 15 qələbəsi qeydə alınıb və o, heç bir qarşılaşmada məğlub olmayıb.

Hakuho final görüşündə həmyerlisi yokozuna Kakuryu üzərində qələbə qazanıb.

Hazırda Hakuhonun hesabında 1095 qələbə var. Eyni zamanda, bu, onun sumo turnirlərində 42-ci qələbəsidir. Bu göstəricilərin hər ikisi rekord hesab edilir.

25.03.2019 16:28 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo