İtaliyada tətilə görə 100-ə yaxın təyyarə reysi təxirə salınıb

İtaliyada pilotlar və hava limanı işçiləri 4 saatlıq tətil elan ediblər.

Azadinform TASS-a istinadən xəbər verir ki, aksiya Aviasiya Nəqliyyatı Həmkarlar Təşkilatlarının təşkilatçılığı ilə keçirilir.  

Tətil nəticəsində İtaliyanın “Alitailia” şirkətinin 550 reysindən 95-i təxirə salınıb.

Bildirilib ki, şirkət uçuşu başqa vaxta keçirməyə çalışır. Sərnişinlər təklifdən imtina edəcəkləri halda onlara kompensasiya verilməsi nəzərdə tutulub.

Təxirə salınan reyslər arasında Moskvadan Romaya, eləcə də Romadan Moskvaya, habelə London, Paris, Brüssel, Qahirə, Təl-Əviv, Afina, Tiranaya uçuşları da var.

Həmkarlar təşkilatları iş şəraitinin daha da yaxşılaşdırlması və müqavilə şərtlərinin təminatlı olmasını tələb edirlər. 

25.03.2019 15:41 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo