Ukraynada prezident seçkilərində namizədlər siyahısında Zelenski liderdir

Ləman Hüseynzadə / AZADİNFORM. Ukraynada prezident seçkilərində iştirak edən namizədlərin reytinq siyahısı açıqlanıb. 

Azadinform xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun bir həftə ərzində - martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, "Batkivşina" partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində Zelenski (32,1 faiz) birinci, Poroşenko (17,1 faiz) ikinci yerdədir. Timoşenko isə 12,5 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Qeyd edəki ki, martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.

25.03.2019 13:35 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo