İndoneziyada ölkənin ilk metropoliten xətti açılıb

Aygün Nəbiyeva / AZADİNFORM. İndoneziya prezidenti Coko Vidodo bu gün ölkənin ilk metropoliten xəttinin açılışını edib. 

Azadinform xarici mediaya istinadən xəbər verir ki, həmin metro xətti paytaxt Cakartanın kənar rayonlarını mərkəzlə birləşdirir. Sakinlərə ilk həftə metrodan istifadə pulsuz olacaq, daha sonra isə gediş haqqı 70 ABŞ senti təşkil edəcək.

Qeyd edək ki, uzunluğu 16 km olan metro xəttinin tikintisi təxminən 6 il çəkib. Layihənin dəyəri təxminən 1,1 milyard dollardır.

25.03.2019 12:35 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo