Yeni Zelandiyada təyyarə qəzası, 2 nəfər həlak olub

Yeni Zelandiyada yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 təcrübəli təlimatçı pilot həlak olub.

Azadinform-un məlumatına görə, "Diamon DA42" təyyarəsinin yoxa çıxması barədə şənbə günü məlum olsa da, əlverişsiz hava şəraitinə görə təyayrəni yalnız bazar günü tapmaq mümkün olub. Təyyarə Taupo şəhəri yaxınlığında qəzaya uğrayıb.

Pilotların işlədiyi "Ardmore" yay məktəbində bildiriblər ki, hər iki kişi təcrübəli pilot olub və qəzanın səbəbi hazırda məlum deyil.

24.03.2019 18:11 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo