Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.

Azadinform-un məlumatına görə, bu barədə "G1" xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə istinadən xəbər verir. Daha əvvəl 207 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara əsasən, 98 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

24.03.2019 16:43 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo