Premyer Liqa tarixinin ən yaxşı legioneri seçildi

“Arsenal”ın və Fransa millisinin sabiq üzvü Tyerri Anri İngiltərə Premyer Liqa tarixinin ən yaxşı legioner futbolçusu seçilib.

Azadinform “BBC”yə istinadən xəbər verir ki, veteran hücumçu azarkeşlər arasında keçirilən sorğuda 45 faiz səslə birinci olub.

“Mançester Yunayted”İn sabiq üzvü, hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldo (14 faiz) 2-ci, “Mançester Yunayted”İn digər sabiq futbolçusu Erik Kantona (12 faiz) isə 3-cü olub.

Qeyd edək ki, Anri 1999-2007-ci illərdə London klubunda çıxış edib. 258 oyuna 175 qol vuran keçmiş hücumçu 2 dəfə İngiltərə çempionu olub.

24.03.2019 16:09 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo