Venesuelanın xarici hesablarından 30 mlrd. dollar oğurlanıb

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes şənbə günü bildirib ki, son iki ayda respublikanın xarici hesablarından 30 milyard dollardan çox vəsait oğurlanıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, o bunu Karakasda keçirilən mətbuat konfransında deyib.

"Son iki ayda 30 milyard dollardan çox pul oğurlanıb", - deyə nazir diqqətə çatdırıb.

Məmurun sözlərinə görə, Venesuelaya aid vəsaitlərin oğurlanması Vaşinqtonun tapşırığı ilə həyata keçirilir.

"Venesuelanın müxtəlif banklardakı aktivləri daşınır. Bütün bunlar Tramp administrasiyasının göstərişi ilə həyata keçirilir", - deyə o bildirib.

24.03.2019 15:54 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo