Zakir Həsənov ABŞ-a səfər edəcək

Eşqin Nuruşov/AZADİNFORM. Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, səfər çərçivəsində Zakir Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək.

Nazir Z. Həsənovun BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua və toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, eləcə də ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunacaq.

24.03.2019 13:00 / Baxılıb: 65 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.04.2019
21.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo