Bu gün Avro-2020 seçmə mərhələsinin ikinci turuna start veriləcək

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin ikinci turuna start veriləcək.

Azadinform xəbər verir ki, ikinci turun ilk günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək. Azərbaycan millisi yer aldığı “E” qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcək. Azərbaycan yığması reqlamentə əsasən bu oyunu buraxacaq. İlk turda Slovakiya Macarıstana 2:0, Xorvatiya isə Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.

Günün mərkəzi oyunu “C” qrupunda Hollandiya və Almaniya yığmaları arasında olacaq. İlk turda “narıncılar” Belarusu darmadağın edib, Bundestim isə rəqibsiz qalıb. Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

“G” qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edəcək. Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edəcək.


Günün bütün oyunları aşağıdakılardı:


“C” Qrupu


23:45. Şimali İrlandiya – Belarus


23:45. Hollandiya - Almaniya


“E” Qrupu


18:00. Uels – Slovakiya


21:00. Macarıstan - Xorvatiya


“G” Qrupu


21:00. İsrail – Avstriya


23:45. Sloveniya – Makedoniya


23:45. Polşa - Latviya


“İ” Qrupu


18:00. Qazaxıstan – Rusiya


21:00. San-Marino – Şotlandiya


23:45. Kipr - Belçika

24.03.2019 12:51 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo