"İday" siklonundan zərər çəkənlərə 2,6 milyon dollar ayrılıb

Kanada höküməti "İday" siklonundan zərər çəkən Afrika ölkələrinə yardım üçün 3,5 milyon kanada dolları (2,6 milyon ABŞ dolları) ayırıb.

Məlumata görə, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Məryəm Monsef bildirib.

M. Monsef deyib: "Kanada Afrikanın cənub hissəsində "İday" siklonu nəticəsində baş verən dağıntılara diqqət ayıran humanitar təşkilatlara 3,5 milyon Kanada dolları ayıracaq".

Nazirin sözlərinə görə, qeyd olunan vəsait BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriləcək.

Qeyd edək ki, ötən həftə "İday" tropik siklonu Mozambik, Zimbabve və Malavidə daşqınlara, yaşayış evlərinin dağılmasına və elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına səbəb olub. Son məlumatlara əsasən, siklon nəticəsində 417 nəfər həlak olub. (trend)

24.03.2019 12:00 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo