Şirkətlər əcnəbilərin işləməsi üçün kömək edəcək

AZADİNFORM. Yaponiya hökumətinin cari ilin aprelindən başlayaraq daha çox əcnəbinin işləmək üçün bu ölkəyə gəlməsinə yönələn siyasəti nəticəsində yerli şirkətlər həmin şəxslərə kömək üçün yeni xidmətlər təklif edəcək.

Azadinform xəbər verir ki, Tokioda fəaliyyət göstərən “One visa” şirkəti əcnəbilərə sənədlərini viza almaq üçün təqdim etməkdə yardım edəcək. Məlumata görə, apreldən başlayaraq şirkət tərəfindən Yaponiyaya gələn əcnəbilərə yardım üçün lazımi xidmətləri dərhal təklif olunacaq.

Bununla yanaşı, həmin şirkət mağazalarında bütün sutka ərzində fəaliyyət göstərən bankomatlar yerləşdirmiş “Seven Bank” bankı ilə birlikdə əcnəbilərə Yaponiyaya gəldikdən dərhal sonra bank hesabı açmağa da kömək edəcək.

24.03.2019 10:50 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
    22.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo